Ötən sutka ərzində 32 yanğına çıxış və 5 köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə xilasetmə əməliyyatları həyata keçirilib. Bu barədə mayın 24-də Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Görülmüş tədbirlər nəticəsində yanğınların söndürülməsi təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən 5-i azyaşlı olmaqla 10 nəfər, o cümlədən paytaxtın Nəsimi rayonunda intihar etmək istəyən 1 nəfər və Qaradağ rayonunda avtomobilin yol kənarına aşması nəticəsində nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalan 1 nəfər xilas edilib.