Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə ötən sutka ərzində 22 yanğına çıxış, 3 halda köməksiz vəziyyətdə qalma və 1 partlayış faktı ilə bağlı zənglər daxil olub. Bu barədə 25 yanvar tarixində FHN məlumat verib.
Nazirliyin aidiyyəti qurumları tərəfindən qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 3 nəfər xilas edilib.