Ötən sutka ərzində 88 yanğına çıxış olub. Bu barədə 29 iyun tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Məlumata əsasən, ötən gün 2-si azyaşlı olmaqla 4 nəfər, o cümlədən çimərkən batma təhlükəsi olan 1 nəfər və iki yük avtomobilinin toqquşması nəticəsində sıxılı vəziyyətdə qalmış 1 nəfər xilas olunub.
Həmçinin qeyd olunub ki, yanğınlar zamanı 8 nəfər xəsarət alıb, 2 nəfər (uşaq) ölüb, 3 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.