Ötən sutka ərzində 19 yanğına çıxış olub. Bu barədə 12 yanvar tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Ötən sutka ərzində 5-i azyaşlı olmaqla 17 nəfər xilas edilib. Yanğın zamanı 20 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub, 1 nəfər tüstüdən zəhərlənib.
Həmçinin Ağcabədi rayonunun Muğanlı kəndində "Mercedes" və "ВАЗ" markalı iki minik avtomobilinin toqquşması nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalmış 1 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.