Ötən sutka ərzində 18 yanğına çıxış olub. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Məlumata əsasən, ötən sutka ərzində 2-si azyaşlı olmaqla 4 nəfər xilas edilib, 4 nəfər tüstüdən yüngül zəhərlənib, 3 nəfər yüngül bədən xəsarətləri alıb.
Avtoqəza nəticəsində 1 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.