Ötən sutka ərzində 13 yanğına çıxış olub. Bu barədə 19 oktyabr tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
2-si azyaşlı olmaqla 5 nəfər xilas edilib.
Həmçinin, Qaradağ rayonunda “ВАЗ” markalı minik avtomobilinin yol kənarındakı beton maneəyə çarpılması nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalmış 1 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.