Ötən sutka ərzində 21 yanğına çıxış olub. Bu barədə 14 yanvar tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Məlumata əsasən, ötən sutka ərzində 3 nəfər xilas edilib.
Yanğınlar zamanı 1 nəfər xəsarət alıb, 2 nəfərin meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib. Həmçinin Binəqədi rayonunda evdə bağlı qapı arxasında aşkar olunan 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.