Qeyri-iş günləri ərzində 135 yanğına çıxış və 7 köməksiz vəziyyətdə qalma faktı üzrə xilasetmə əməliyyatları həyata keçirilib. Bu barədə mayın 31-də Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Görülmüş tədbirlər nəticəsində yanğınların söndürülməsi təmin edilib.
FHN-in qüvvələri tərəfindən 6 nəfər xilas edilib, 3 nəfərin meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.