Gəmidə iş yoldaşını bıçaqlayan matros 3 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə iyunun 1-də Report xəbər verib.
Hadisə 2021-ci ildə Xəzər dənizində Rusiya bayrağı altında üzən "Amur" gəmisində baş verib. Soltan Soltanov aralarında yaranmış mübahisə zamanı gəminin motorçusunu bıçaqlayıb.
Faktla bağlı “qəsdən sağlamlığa ağır zərər vurma” maddəsilə cinayət işi başladılıb.