Paytaxtın Nəsimi rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Bu haqda iyunun 16-da Report məlumat paylaşıb.
20 yaşlı sürücü motosikleti yol kənarındakı maneəyə çırpıb. Yaralı xəstəxanaya yerləşdirilib. Ona sol dirsək oynağının sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma davam edir.