Gömrük Komitəsinin idarə rəisi istefa verib. Bu barədə 17 yanvar tarixində Qafqazinfo.az xəbər verib.
Dövlət Gömrük Komitəsinin Gömrük Risklərinin İdarə olunması və Audit Baş İdarəsinin rəisi Əliyev Fərid Əlibaba oğlu vəzifəsindən ayrılıb. O, bu gün ərizə yazaraq işdən çıxıb. F.Əliyev digər dövlət qurumuna vəzifəyə gedib.
Qeyd edək ki, F. Əliyev bu vəzifəyə 2018-ci ildə təyin olunmuşdu.