İyunun 25-də Göyçayda “Aqroturizm və Məşğulluq” (#GöyçayFest) festivalı keçiriləcək. Bu barədə iyunun 21-də Dövlət Məşğulluq Agentliyindən məlumat verilib.
Festival iştirakçıları aqroturizmçilər və işəgötürənlərin nümayiş etdirdikləri məhsullarla tanış ola biləcəklər.
Tədbirin məqsədi regionda aqroturizm və ekoturizmin, eləcə də milli qastronomiyanın inkişafına dəstək olmaq, yerli sahibkarların aqroturizmə marağını artırmaqdır.