Göyçayda iki minik avtomobili toqquşub, dörd nəfər xəsarət alıb. Bu barədə iyunun 2-də APA məlumat yayıb.
Belə ki, 2002-ci il təvəllüdlü Toğrul Mirzəyevin idarə etdiyi "VAZ 21099" markalı və 1974-cü il təvəllüdlü Rəhman Şəfiyevə məxsus "VAZ 2108" markalı avtomobillər toqquşub. Sürücülər və daha iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma başlayıb.