Göyçayda 11-ci sinif şagirdi Qızılağac kəndi ərazisindəki su arxında boğularaq ölüb. Bu barədə iyunun 29-da APA məlumat yayıb.
Bığır kənd sakini, 16 yaşlı Əlibala Qurbanov dostları ilə birgə çimərkən ehtiyatsızlıqdan boğulub. Yeniyetmənin meyiti sudan çıxarılaraq ailəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.