Göyçay rayonunda 52 yaşlı kişi bıçaqlanıb. Bu haqda iyunun 15-də APA məlumat yayıb.
Çərəcə kənd sakini aralarında yaranmış mübahisə zamanı həmkəndlisinə xəsarətlər yetirib. Yaralı xəstəxanaya yerləşdirilib.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.