Göyçayda, evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər becərən şəxs saxlanılıb. Bu barədə mayın 23-də Daxili İşlər Nazirliyindən APA-ya bildirilib.
Hadisə rayonun Ləkiçıplaq kəndində qeydə alınıb. Ürfan Osmanovdan 10 kiloqrama yaxın olan 166 ədəd çətənə kolu aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.