Göyçay rayonunda güclü külək və leysan yağışı fəsadlar törədib. Bu haqda mayın 24-də APA məlumat verib.
Ötən gecədən başlayan külək iri gövdəli ağacları avtomobil yoluna və evlərin üstünə aşırıb. Nəticədə yollarda nəqliyyatın hərəkəti çətinləşib.
Həmçinin ağaclar elektrik naqillərinin üstünə aşıb. Bu səbəbdən Göyçay şəhərinin bir hissəsinə və kəndlərə enerji verilişi dayanıb. Leysan yağışı nəticəsində isə bəzi həyətyanı sahələri və evlərin zirzəmisini su basıb.
Hazırda fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
[URIS id=49794]