Göyçayda ağır yol qəzası baş verib. Bu haqda İnsanoid noyabrın 1-də Report-a istinadən xəbər verir.
Hadisə Bəydövül kəndində qeydə alınıb. Belə ki, “VAZ-2106” və “VAZ-21010” markalı avtomobillər toqquşub. Nəticədə 51 yaşlı Ağayev Ziyaməddin Mirsalik oğlu ölüb, daha dörd nəfər isə müxtəlif xəsarətlər alıb.
Yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Fakt araşdırılır.