Göyçay Rayon Polis Şöbəsinə yeni rəis müavini təyin edilib. Bu haqda 26 yanvar tarixində Qafqazinfo.az məlumat verib.
Belə ki, Göyçay Rayon Polis Şöbəsinin istintaq bölməsinin rəisi, polis mayoru Azad Məmmədov vəzifəsindən azad edilərək əməliyyat işləri üzrə rəis müavini təyin edilib. Bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Qeyd edək ki, bundan əvvəl işləyən əməliyyat işləri üzrə rəis müavini, polis polkovnik-leytenantı Rasim Mirzəyev keçən ilin dekabr ayında sərəncama götürülüb.