Göygöldə yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə 17 yanvar tarixində APA məlumat verib.
Hərəkətdə olan "VAZ" markalı minik maşınının sürücüsü idarəetməni itirib.
Nəticədə avtomobil Qoşqar çayına düşüb.
Qəza zamanı sürücü xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.