Göygöldə sel nəticəsində bir nəfər vətəndaş köməksiz vəziyyətdə qalıb. Bu barədə 11 iyun tarixində APA məlumat verib.
Məlumata əsasən, hadisə Qoşqar çayının rayonun Topalhəsənli kəndi ərazisindən keçən hissəsində baş verib. Bildirilib ki, yağan güclü yağışla əlaqədar sözügedən çayda suyun səviyyəsi sürətlə qalxıb. Nəticədə 40 yaşlı kənd sakini çayı keçmək istəyərkən köməksiz vəziyyətdə qalıb.
Kənd sakinini xilas etmək mümkün olub. Onun vəziyyəti normaldır.