Göygöl rayonunda silah-sursat tapılıb. Bu barədə 24 oktyabr tarixində Report Daxili İşlər Nazirliyinə istinadən məlumat verib.
Polis Şöbəsinə rayonun Hacıməlik qəsəbəsi yaxınlığındakı ərazidə silah-sursat olması barədə məlumat daxil olub.
Araşdırmalar zamanı oradan 1 ədəd “AKM” markalı avtomat və onun hissələri, 4 ədəd həmin avtomata aid daraq və 100 ədəd 7,62 mm-lik patron aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.