top
Gürcüstanda yeni nazirlik yaradılacaq
02 aprel 2025, 04:29
- +

Gürcüstanda yeni nazirlik yaradılacaq

Gürcüstanda yeni, müstəqil Regional İnkişaf Nazirliyi yaradılacaq.

Azertag.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, yeni qurumda nazir vəzifəsini Dövlət Təhlükəsizlik Xidmətinin sabiq rəisi Qriqol Liluaşvili icra edəcək.

Hökumət başçısının sözlərinə görə, yeni nazirliyin ən mühüm missiyalarından biri regional inkişafla bağlı fəaliyyətlərin maksimum səmərəliliyini və qənaətliliyini təmin etmək olacaq.

“İqtisadiyyatın inkişafı ilə yanaşı, yerli özünüidarəetmə büdcələri əhəmiyyətli dərəcədə artıb, Tbilisi istisna olmaqla, onların ümumi məbləği 4 milyardı ötüb. Bu, bir tərəfdən, yerli özünüidarəetmə orqanlarının cəmiyyət üçün əhəmiyyətli layihələri həyata keçirmək imkanlarını artırır, digər tərəfdən isə müvafiq vəzifələrin icrası ilə bağlı yeni problemlər yaradır. Beləliklə, regional inkişafın səmərəli planlaşdırılması və monitorinqi ölkənin bərabər inkişafı üçün xüsusi əhəmiyyət kəsb edir. Nazirlik regional inkişafla bağlı tədbirlərin maksimum səmərəliliyini təmin edəcək”, - deyə Baş nazir bildirib.

Son xəbərlər

Bütün Xəbərlər
Bu gün, 16:59

Azərbaycanda federasiyalardan biri fəaliyyətini dayandırıb

Bütün Xəbərlər
Bu gün, 16:33

"Mançester Yunayted" – "Sabah" matçına ən ucuz biletin qiyməti açıqlandı

Bütün Xəbərlər
Bu gün, 15:16

Valideyn-dövlət-özəl əməkdaşlığı əsasında seçilən özəl bağçaların siyahısı bilinib

Bütün Xəbərlər
Bu gün, 15:11

"Formula 1"ə görə bəzi məktəblərdə tədris onlayn olacaq

Bütün Xəbərlər
Bu gün, 14:33

Direktor vəzifəsini itirdi, məktəbin tualetini dağıtdı - İDDİA

Bütün Xəbərlər
Bu gün, 12:43

Bakıda 30, rayonlarda 33 dərəcə isti olacaq

Bütün Xəbərlər
Bu gün, 12:40

Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına 13 il həbs cəzası verilib

Bütün Xəbərlər
Bu gün, 12:29

Ceyhun Bayramov litvalı həmkarı ilə regiondakı cari vəziyyəti və sülh prosesini müzakirə edib

Bütün Xəbərlər
Bu gün, 11:42

Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Bütün Xəbərlər
Bu gün, 11:34

Prezident İlham Əliyev San Marinonun Regent Kapitanlarını təbrik edib

Bütün Xəbərlər
Bu gün, 11:24

Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib

Bütün Xəbərlər
Bu gün, 10:17

3 yaşlı uşağın ət maşınında qopan əli 8 saatlıq əməliyyatla bərpa edildi

Bütün Xəbərlər
Dünən, 17:04

Bakıda 18 yaşdan 80 yaşadək triatlonçular mübarizə aparacaq - FOTO

Bütün Xəbərlər
Dünən, 17:00

Millinin baş məşqçisi: "Valideynlər qız övladlarını avarçəkməyə göndərmək istəmirlər"

Bütün Xəbərlər
Dünən, 16:36

Bakıda 5 müntəzəm marşrut "brutto müqavilə" sisteminə qoşulub

Bütün Xəbərlər
Dünən, 15:06

Prezident İlham Əliyev BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib

Bütün Xəbərlər
Dünən, 15:04

ADY Bakı–Tbilisi–Bakı qatarına saxta bilet satışı ilə bağlı xəbərdarlıq edib

Bütün Xəbərlər
Dünən, 14:33

Statistika Komitəsi ilə Qırğızıstanın Milli Statistika Komitəsinin əməkdaşlığına dair Anlaşma Memorandumu təsdiqlənib

Bütün Xəbərlər
Dünən, 13:57

Prezident İlham Əliyev Çin Ali Xalq Prokurorluğunun Baş prokurorunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Bütün Xəbərlər
Dünən, 13:54

Prezident İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzalayıb

Bütün Xəbərlər
Dünən, 12:44

Bakıda 30, rayonlarda 32 dərəcə isti olacaq

Bütün Xəbərlər
Dünən, 12:39

Anar Bayramov: "Yeni islahat regionlara ixtisaslı həkimlərin cəlb olunmasına çox böyük dəstək olacaq"

Bütün Xəbərlər
Dünən, 12:09

Anar Bayramov: "Daha çox iş görən həkimlər daha çox əməkhaqqı almalıdır"

Bütün Xəbərlər
Dünən, 12:05

TƏBİB regionlarda həkim çatışmazlığının aradan qaldırılması üçün maliyyə mexanizmi tətbiq edəcək

Oxşar xəbərlər