Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini Rəşad Babayev və Yol Vergiləri şöbəsinin rəis müavini Şükür Səfərovun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Bu haqda iyulun 4-də APA məlumat yayıb.
Hər iki şəxs külli miqdarda rüşvət almaqda təqsirləndirilir.
Onlar DTX-nin keçirdiyi əməliyyat zamanı saxlanılıb.
Rəşad Babayev əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin əmisi oğludur.