Həbsdə olan şəxsin 2011-ci ildə torpağa basdırdığı silah aşkarlanıb.
Bu barədə oktyabrın 20-də İnsanoid DİN-ə istinadən məlumat verir.
Xəbərə görə, Balakən rayonunun Qullar kənd sakini İbrahim Muğumovun 2011-ci ildə tapıb yardımçı təsərrüfatında gizlətdiyi, torpağa basdırılmış və nömrəsi silinmiş “AKS-74” markalı avtomat silah aşkar olunaraq götürülüb.