8 saylı cəzaçəkmə müəssisəsinə narkotiklərin keçirilməsi cəhdinin qarşısı alınıb. Bu barədə iyunun 14-də APA məlumat paylaşıb.
Ucar rayon sakini 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş qohumu ilə görüşə gələrkən ona sellofan paketdəki mərcinin içərisində 0,557 qram heroin keçirtməyə cəhd edib. Onun digər paketindəki düyüdən isə 0,046 qram metamfetamin aşkarlanıb.