Hacı Zeynalabdin Tağıyevin heykəlinə zərər vuran şəxslərə hökm oxunub. Bu barədə mayın 27-də APA məlumat yayıb.
Vüqar Tağızadə 1 il 5 ay 28 gün, Allahverdi Məmmədli isə 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, cari ilin yanvar ayında sosial şəbəkələrdə xeyriyyəçinin paytaxtın Səbail rayonunda ucaldılan heykəlinin zədələnməsi ilə bağlı görüntülər yayılmışdı. Qısa müddətdə heykəlin qoparılan elementi (təsbeh) bərpa edilmişdi.
Həmin şəxslərə qarşı “xuliqanlıq” və “tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama” maddələrilə ittiham irəli sürülüb.