24 yaşlı Hacıqabul sakini özünü ov tüfəngi ilə güllələyib. Bu haqda iyulun 2-də APA xəbər verib.
Hadisə İkinci Udulu kəndində baş verib.
Mərhəmət Abbasov xəstəxanaya çatdırılıb əməliyyat olunsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Fakt araşdırılır.