Hacıqabulun Meyniman kəndində yaşayan gürcü əsilli, 81 yaşlı kişi vanna otağında yıxılaraq ölüb. Bu barədə 16 yanvar tarixində APA məlumat verib.
1942-ci il təvəllüdlü Lomidze İlinişa Amuşayeviç hamamda ayağı sürüşərək yıxılıb.
Nəticədə kəllə-beyin travması alan həmin şəxs xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı araşdırma aparılır.