Hacıqabul rayonunda avtomobildən oğurluq edən şəxs saxlanılıb. Bu haqda 10 fevral tarixində Daxili İşlər Nazirliyi məlumat verib.
Hadisə Padar qəsəbəsi ərazisində qeydə alınıb. “Mercedes” markalı bir avtomobildən 6 800 manat pul oğurlamaqda şübhəli bilinən Zaqatala rayon sakini R.Musayev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.