Həftəsonu 80 cinayətin üstü “isti izlər”lə açılıb, 64 nəfər həbs edilib. Bu haqda iyunun 20-də Daxili İşlər Nazirliyindən məlumat verilib.
Əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin açılması təmin olunub. Axtarışda olan 66 nəfər saxlanılıb. Narkotiklərlə əlaqəli 46, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.
Həmin müddət ərzində ölkədə 6 yol qəzası baş verib. Nəticədə 8 nəfər həlak olub, 2 nəfər isə yaralanıb.