25-26 iyun tarixlərində ölkədə 9 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 11 nəfər ölüb, 6 nəfər isə xəsarət alıb. Bu barədə iyunun 27-də Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qeydə alınan cinayətlərdən 96-sının üstü açılıb. Axtarışda olduğuna görə ümumilikdə 61nəfər saxlanılıb. Narkotiklərlə əlaqəli 48, qanunsuz silah-sursatıla bağlı 4 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 75 nəfər saxlanılıb.