Həftəsonu 93 cinayətin üstü “isti izlər”lə açılıb. Bu haqda mayın 23-də DİN məlumat yayıb.
Axtarışda olduğuna görə 60 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 45 nəfər saxlanılıb.
3 yol-nəqliyyat hadisəsi baş verməsi nəticəsində 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
Narkotiklərlə əlaqəli 45, qanunsuz saxlanılan silah-sursatın götürülməsi ilə bağlı 4 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 88 nəfər saxlanılıb.