Ötən iki gün ərzində törədilmiş 104 cinayətin üstü “isti izlər”lə açılıb. Bu barədə mayın 16-da Daxili İşlər Nazirliyinin rəsmisi Elşad Hacıyev məlumat yayıb.
Axtarışda olan 57 nəfər, cinayət törətməkdə şübhəli bilinən 80 nəfər saxlanılıb.
Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 6 nəfər ölüb, 5 nəfər xəsarət alıb.
Narkotiklərlə əlaqəli 54, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.