Həftəsonu törədilən 115 cinayətin üstü “isti izlər”lə açılıb. Bu barədə 6 iyun tarixində Daxili İşlər Nazirliyi məlumat verib.
Məlumata əsasən, yollarda 6 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 7 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb. Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 55 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 31 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd olunub ki, 4 və 5 iyun tarixlərində cinayət törətməkdə şübhəli bilinən 97 nəfər saxlanılıb.