İyunun 29-da Həkəri və Bərgüşad çaylarının birləşmə nöqtəsinə 3 000 ədəd qızıl xallı farel balığı buraxılıb. Bu barədə APA xəbər yayıb.
Məqsəd su hövzələrində balıq populyasiyasını artırmaqdır. Xatırladaq ki, qızıl xallı farel "Qırmızı Kitab"a düşən balıq növüdür.
2022-ci ildə 7 milyon balıq körpəsinin su hövzələrinə buraxılması nəzərdə tutulub.