Bu gün, iyunun 21-də İspaniyanın paytaxtı Madrid şəhərində keçirilən şahmat üzrə İddiaçılar turnirinin 4-cü turunun oyunları keçiriləcək.
Teymur Rəcəbov qara fiqurlarla polşalı Yan-Kşiştof Dudaya qarşı oynayacaq. Üç turdan sonra Teymurun hesabında 1 xal var. Nepomnyaşi və Firuzca ilə heç-heçə oynayan Rəcəbov Nakamuraya məğlub olub.
Qeyd edək ki, turnir iyulun 4-dək davam edəcək. Turnirin mükafat fondu 500 min avrodur. Qalib idmançı şahmat tacı uğrunda görüşdə dünya çempionu Maqnus Karlsenlə qarşılaşmaq hüququ əldə edəcək.