Bu gün, iyunun 25-də İspaniyanın paytaxtı Madrid şəhərində keçirilən şahmat üzrə İddiaçılar turnirinin 7-ci turunun oyunları keçiriləcək.
Teymur Rəcəbov qara fiqurlarla ABŞ-dən olan Fabiano Karuanaya qarşı oynayacaq. Digər oyunlarda isə Rapportla Nepomnyaşi, Duda ilə Nakamura, Lirenlə Firuzca üz-üzə gələcək. İlk 6 turdan sonra Teymurun aktivində 2,5 xal var və o, 5-7-ci yerləri bölüşdürür. Turnir cədvəlinə 4,5 xalla Neponyaşi başçılıq edir.
Qeyd edək ki, turnir iyulun 4-dək davam edəcək. Turnirin mükafat fondu 500 min avrodur. Qalib idmançı şahmat tacı uğrunda görüşdə dünya çempionu Maqnus Karlsenlə qarşılaşmaq hüququ əldə edəcək.