Dünən, iyunun 27-də İspaniyanın paytaxtı Madrid şəhərində keçirilən şahmat üzrə İddiaçılar turnirinin 9-cu turunun oyunları keçirilib. Teymur Rəcəbov Hikaru Nakamuraya qalib gələrək turnirdə ilk qələbəsini qazanıb.
Ağ fiqurlarla oynayan şahmatçımız 41-ci gedişdə rəqibinə qalib gəlib. Beləliklə, 9 turdan sonra Teymur 4 xal yığaraq turnir cədvəlində 5-7-ci yerləri bölüşdürür. Digər oyunlarda Firuzca Rapporta, Liren isə Dudaya qalib gəlib. Karuana Nepomnyaşi oyunu isə heç-heçə bitib. Bu gün turnirdə istirahət günüdür.
Qeyd edək ki, turnir iyulun 4-dək davam edəcək. Turnirin mükafat fondu 500 min avrodur. Qalib idmançı şahmat tacı uğrunda görüşdə dünya çempionu Maqnus Karlsenlə qarşılaşmaq hüququ əldə edəcək.