Dünən, iyunun 21-də İspaniyanın paytaxtı Madrid şəhərində keçirilən şahmat üzrə İddiaçılar turnirinin 4-cü turunun oyunları keçirilib. Teymur Rəcəbov qara fiqurlarla polşalı Yan-Kşiştof Dudaya qarşı heç-heçə oynayıb.
Digər oyunlarda Nepomnyaşi Firuzcaya qalib gəlib, Rapport - Nakamura, Liren - Karuana oyunlarında isə heç-heçə qeydə alınıb. Bu gün Rəcəbov ağ fiqurlarla çinli Dinq Lirenə qarşı oynayacaq.
Qeyd edək ki, turnir iyulun 4-dək davam edəcək. Turnirin mükafat fondu 500 min avrodur. Qalib idmançı şahmat tacı uğrunda görüşdə dünya çempionu Maqnus Karlsenlə qarşılaşmaq hüququ əldə edəcək.