Dünən, iyulun 1-də İspaniyanın paytaxtı Madrid şəhərində keçirilən şahmat üzrə İddiaçılar turnirinin 12-ci turunun oyunları keçirilib. Teymur Rəcəbov qara fiqurlarla Dinq Lirenə qalib gəlib.
Beləliklə, Rəcəbov 12 turdan sonra 6 xal yığaraq turnir cədvəlində 4-5-ci yerləri bölüşdürür. Digər oyunlarda heç-heçələr qeydə alınıb. Bu gün turnirdə son istirahət günüdür.
Qeyd edək ki, turnir iyulun 4-dək davam edəcək. Yarışın mükafat fondu 500 min avrodur. Qalib idmançı şahmat tacı uğrunda görüşdə dünya çempionu Maqnus Karlsenlə qarşılaşmaq hüququ əldə edəcək.