Dünən, iyunun 17-də şahmat üzrə İddiaçılar turnirinin ilk turunun oyunları keçirilib. Teymur Rəcəbov ilk turda ağ fiqurlarla Alireza Firuzca ilə heç-heçə oynayıb.
Turnirin digər oyunlarında Karuana Nakamuraya, Yan Nepomnyaşi isə Dinq Lirenə qalib gəlib. Duda ilə Rapport isə heç-heçə oynayıb. Bu gün keçiriləcək ikinci turda Rəcəbov qara fiqurlarla Nakamura ilə oynayacaq.
Qeyd edək ki, turnir iyulun 4-dək davam edəcək. Turnirin mükafat fondu 500 min avrodur. Qalib idmançı şahmat tacı uğrunda görüşdə dünya çempionu Maqnus Karlsenlə qarşılaşmaq hüququ əldə edəcək.