II və III ixtisas qrupları üzrə 21-22 may tarixlərində keçirilmiş qəbul imtahanlarının nəticələri elan edilib. Bu barədə iyunun 7-də Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
İmtahanda iştirak edən abituriyentlər imtahan nəticələri ilə buradan tanış ola bilərlər.
Ərizəsini təsdiq etmiş 42 261 abituriyentdən 3 674 nəfəri imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 16 nəfəri qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.