II və III ixtisas qrupları üzrə qəbul imtahanlarının ikinci mərhələsinin ikinci cəhdinə qeydiyyat iyunun 21-i saat 11:00-da başa çatıb. Bu haqda məlumat Dövlət İmtahan Mərkəzinin saytında əks edilib.
II qrup üzrə 12 792 nəfər, III qrup üzrə isə 16 626 namizəd qeydiyyatdan keçib. I və IV ixtisas qrupu üzrə hazırlaşan abituriyentlər 4 iyul saat 23:59-dək imtahana yazıla bilərlər.
Qeyd edək ki, II və III qruplar üzrə qəbul imtahanı iyulun 7-də, I qrup üzrə iyulun 20-də, IV qrup üzrə isə iyulun 21-ində baş tutacaq.