Ağdaşda iki avtomobil toqquşub. Bu barədə oktyabrın 25-də APA xəbər yayıb.
Hadisə rayonun Bulaqotağı kəndində qeydə alınıb. 1987-ci il təvəllüdlü Xəyal Qocayev sürücülük hüququ olmadan idarə etdiyi "VAZ 2103" markalı avtomobildə yolun sağında dayanmış vəziyyətdə olan "QAZ 33021" markalı avtomobillə toqquşub.
Nəticədə "VAZ 2103" markalı avtomobilin sərnişini Fariz Qarayev hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.