Sahibkarlığın İnkişafı Fondu tərəfindən iki şirkətə 2 milyon manatdan çox güzəştli kredit verilib. Bu haqda iqtisadiyyat naziri Miikayıl Cabbarov Twitter hesabında məlumat verib.
Əlcək istehsalı ilə məşğul olan “Xanni-2017” MMC-yə 2 milyon manat, meyvə-tərəvəz məhsullarının emalı üzrə ixtisaslaşmış “Brightman BMC” MMC-yə 100 min manat güzəştli kredit ayrılıb.
Qeyd edək ki, 2022-ci ilin ilk 5 ayı ərzində sahibkarlara 43,7 milyon manat güzəştli kredit verilib.
“Xanni-2017” MMC-yə 2 mln. manat və meyvə-tərəvəz məhsullarının emalı üzrə ixtisaslaşmış “Brightman BMC” MMC-yə 100 min manat güzəştli kredit verilib.
2/2#EconomyAz #SİF pic.twitter.com/gEn8C1235H" rel="noopener nofollow">
— Mikayil Jabbarov (@MikayilJabbarov) June 23, 2022