İşğaldan azad edilmiş ərazilərdə indiyə qədər 11 min hektara yaxın ərazidə yanğın olub. APA xəbər verir ki, bunu iyunun 16-da fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev deyib.
Onun sözlərinə görə, ərazilərin bir çoxunun minalanmış sahə olması yanğınların söndürülməsinə maneə yaradır: “Yanğınsöndürən helikopterlərdən də çox istifadə edə bilmirik. Çünki minalara görə helikopterlər alçaqdan uça bilmir”.