Akademik İsa Həbibbəyli AMEA-nın prezidenti seçilib. Bu barədə 25 oktyabr tarixində Report məlumat verib.
Qeyd edək ki, İ.Həbibbəyli 1949-cu ildə dünyaya gəlib.
Bu ilin fevral ayında AMEA-nın prezidenti Ramiz Mehdiyev vəzifəsindən istefa verib. Elə həmin aydan etibarən AMEA prezidentinin səlahiyyətlərinin icrası akademiyanın birinci vitse-prezidenti, akademik Arif Həşimova həvalə olunmuşdu.