2022-ci ilin ötən dövrü ərzində işdən qeyri-qanuni azad edilən 38 işçi əvvəlki işlərinə bərpa etdirilib. Bu barədə 16 may tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti məlumat verib.
Məlumata əsasən, işəgötürənlər tərəfindən 332 min manata yaxın məbləğdə sosial ödənişlərin işçilərə ödənilməsi təmin edilib. Sözügedən məbləğin 99%-i əmək haqları, qalan hissəsi isə işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalar olub.
Qeyd olunub ki, 2022-ci ilin yanvar-aprel ayları ərzində Xidmətin vəzifəli şəxsləri tərəfindən 3552 vətəndaş fərdi qaydada qəbul edilib.