İsmayıllının Bizlan kəndində yerləşən ərzaq mağazasında qida təhlükəsizliyi ilə bağlı nöqsanlar aşkarlanıb. Bu haqda mayın 13-də AQTA məlumat yayıb.
Mağazada vaxtaşırı dezinfeksiya, deratizasiya işlərinin aparılmadığı, məhsulların saxlanma qaydalarına riayət olunmadığı, həmçinin yararlılıq müddəti bitmiş məhsulların satışının həyata keçirildiyi müəyyən olunub.
İstehlaka yararsız məhsullar satışdan çıxarılıb və müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb olunub.